Azərbaycan Premyer Liqası: Mövsümün 200-cü qolu vuruldu

Azərbaycan Premyer Liqası: Mövsümün 200-cü qolu vuruldu Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün 200-cü qolu vurulub.
Futbol
8 Mart , 2020 18:42
Azərbaycan Premyer Liqası: Mövsümün 200-cü qolu vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün 200-cü qolu vurulub. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XX turun “Səbail” – “Zirə” qarşılaşmasına təsadüf edib. Oyunda vurulan 3-cü top mövsümdə 200-cü olub. Bu qola qonaqların futbolçusu Ağabala Ramazanov imza atıb. Görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, mövsümdə ilk qolu I turun 2019-cu il avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” görüşündə (0:1) qonaqların futbolçusu İsmayıl İbrahimli, 100-cü topu isə XI turun noyabrın 10-dakı “Sabah” – “Sumqayıt” matçında (1:3) Əmir Ağayev vurub.

Son xəbərlər

Orphus sistemi