Azərbaycan Premyer Liqası matçında dava düşüb

Azərbaycan Premyer Liqası matçında dava düşüb AZAL - "İnter" matçından sonra futbolçular dalaşıblar
Futbol
19 Fevral , 2015 18:00
Azərbaycan Premyer Liqası matçında dava düşüb

Bakı. 19 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun açılış oyunundan sonra qalmaqal baş verib. 

"Report"un məlumatına görə, insident Bakının AZAL və "İnter" komandaları arasındakı qarşılaşmanın sonlarında iki futbolçunun mübahisəsindən yaranıb.  

Baş hakim Fariz Yusifov Nicat Qurbanovla Baçana Tsxadadzeyə sarı vərəqə göstərib. Lakin bununla da ara sakitləşməyib. Bu zaman "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze oğlunu müdafiə edib. O, yan xətt hakiminə sərt formada iradlar bildirib. Final fiti səsləndirilən kimi isə "İnter"in oyunçusu Sezar Meza Kolli AZAL-ın futbolçusu Viktor İqbekoyi ilə haqq-hesab çürütmək istədikdə sifətindən kəllə zərbəsi alıb. Bundan sonra iki komandanın futbolçuları kütləvi davaya başlayıblar. Olaya polislər müdaxilə edib. Bundan sonra insident yatırılıb. 

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi