Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı

Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı Bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib.
Futbol
832
27 Mart , 2020 00:15
Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı

Bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalarda orta göstərici 1 008-ə bərabər olub. Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.

Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7 000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.

sıra N-si komandalar ev oyunlarındakı
tamaşaçı sayı (cəmi)
ev oyunlarının
sayı
hər ev oyununda 
orta hesabla
tamaşaçı sayı
1 Qarabağ 16600 10 1660
2 Sabah 11950 9 1328
3 Neftçi 14000 11 1273
4 Sumqayıt 11500 10 1150
5 Keşlə 8400 10 840
6 Zirə 7400 10 740
7 Səbail 6750 10 675
8 Qəbələ 4030 10 403
Cəmi
tamaşaçı /
oyun /
orta hesabla
80630 80 1008

Son xəbərlər

Orphus sistemi