Azərbaycan Premyer Liqası: Ən yaxşı ev və səfər komandaları müəyyənləşdi

Azərbaycan Premyer Liqası: Ən yaxşı ev və səfər komandaları müəyyənləşdi Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib.
Futbol
374
28 Dekabr , 2020 12:11
Azərbaycan Premyer Liqası: Ən yaxşı ev və səfər komandaları müəyyənləşdi

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub. 131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir – 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.

Ən yaxşı ev komandası “Qarabağ”dır. Ağdamlılar 6 matçda 15 xal toplayıb. Bu göstəricidə ikinci olan “Neftçi” bir oyun çox keçirsə də, 4 xal geridədir. “Zirə” isə 6 matçda 9 xal toplamağı bacarıb.

Səfərdə ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 6 görüşdə 13 xal toplayıb. Bir oyun çox keçirən “Zirə”nin 11 xalı var. “Sumqayıt” isə 8 xalla üçüncüdür. Rəqib meydanında uduzmayan yeganə komanda “Qarabağ” 6 qarşılaşmanın 5-də heç-heçə oynayıb.

4 komanda - “Neftçi”, “Zirə”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən daha çox xal qazanıb. “Sumqayt”da bu rəqəmlər bərabərdir. “Qarabağ”, “Səbail” və “Qəbələ” isə öz meydanında daha uğurlu olub.

Evdə

1

Qarabağ

6

5

0

1

21-6

15

2

Neftçi

7

3

2

2

6-11

11

3

Zirə

6

2

3

1

6-5

9

4

Səbail

6

2

2

2

8-9

8

5

Sumqayıt

7

2

2

3

7-8

8

6

Qəbələ

7

1

5

1

7-9

8

7

Sabah

6

2

0

4

6-8

6

8

Keşlə

6

1

2

3

6-8

5

Səfərdə

1

Neftçi

6

4

1

1

9-3

13

2

Zirə

7

3

2

2

10-9

11

3

Sumqayıt

6

2

2

2

9-12

8

4

Keşlə

7

2

2

3

7-12

8

5

Qarabağ

6

1

5

0

10-4

8

6

Sabah

7

2

1

4

7-9

7

7

Qəbələ

6

2

1

3

6-11

7

8

Səbail

6

1

2

3

6-7

5

Son xəbərlər

Orphus sistemi