Azərbaycanda ən çox hansı ölkələrin futbolçuları oynayır?

Azərbaycanda ən çox hansı ölkələrin futbolçuları oynayır? Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox hansı ölkələrdən olan əcnəbi oyunçuların çıxış etdiyi bəlli olub.
Futbol
23 Noyabr , 2020 15:34
Azərbaycanda ən çox hansı ölkələrin futbolçuları oynayır?

Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox Braziliyadan olan əcnəbi oyunçular çıxış edir.

"Report" xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında ölkə çempionatında 9 "sambaçı"nın forma geyindiyi bildirilir.

Sonrakı iki pilləni Rusiya və Serbiya hərəyə 7 legionerlə bölüşdürür. Qonşu ölkənin idmançıları əsasən, milliləşdirildikdən sonra Azərbaycanda çıxış edirlər.

4-cü yerdə isə 5 təmsilçi ilə Fransa qərarlaşıb.

Xorvatiya, Ukrayna və İrandan hərəyə 3, Belçika, Albaniya, Gürcüstandan hərəyə 2 oyunçu karyerasını Premyer Liqada davam etdirir.

Qeyd edək ki, siyahı doğulduqları ölkələrdən kənarda çıxış edən legionerləri əhatə edir.

Son xəbərlər

Orphus sistemi