Azərbaycan Premyer Liqası: Bu gün turun mərkəzi oyunu keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün turun mərkəzi oyunu keçiriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçiriləcək.
Futbol
20 Avqust , 2022 07:30
Azərbaycan Premyer Liqası: Bu gün turun mərkəzi oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün yeganə matçı "Bank Respublika Arena"da baş tutacaq. Mərkəzi qarşılaşmada "Sabah" "Neftçi"ni sınağa çəkəcək. 6 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürlər.

Paytaxt təmsilçiləri bunadək ölkə çempionatında 15 dəfə üz-üzə gəliblər. "Sabah" bu matçlarda cəmi 1 qələbə qazanıb. "Neftçi" isə 12 oyunda rəqibindən üstün olub. 2 görüşdə qalib müəyyənləşməyib. "Ağ-qaralar"ın 28 qoluna Murad Musayevin rəhbərlik etdiyi kollektiv cəmi 8 topla cavab verib.

“Neftçi” bütün oyunlarda qol vurub. “Sabah” evdə qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası

III tur

20 avqust

20:30. "Sabah" – "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi