Azərbaycan Premyer Liqası: Bu gün "Keşlə" "Sumqayıt"la görüşəcək

Azərbaycan Premyer Liqası: Bu gün "Keşlə" "Sumqayıt"la görüşəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçiriləcək.
Futbol
22 Yanvar , 2021 07:30
Azərbaycan Premyer Liqası: Bu gün Keşlə Sumqayıtla görüşəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "ASK Arena"da "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Hazırda paytaxt klubu 13 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 16 xalla 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, 4-cü pilləyə yüksələcəklər. Çünki "Keşlə" ilk dövrədəki səfər qarşılaşmasında da "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqlara isə qələbə ilk "3-lük"dən daha da uzaqlaşmamaq baxımından vacibdir.

Bu komandalar indiyədək 32 dəfə üz-üzə gəliblər. Oyunların yarısında "Keşlə" qalib gəlib. "Sumqayıt" 7 qələbə qazandığı halda, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 49:31.

Digər tərəfdən, “Sumqayıt” bugünkü rəqibi üzərində 4 oyundur qələbə qazana bilmir. “Keşlə”nin son 5 ev qarşılaşmasında hər iki komanda qol vurub. Paytaxtdakı son 4 qarşılaşmada eyni hesab variantı qeydə alınsa da, hər komanda iki dəfə qalib gəlib.

Azərbaycan Premyer Liqası, XIV tur
22 yanvar (cümə)

16:00. "Keşlə" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASK Arena"

Qeyd edək ki, turun ilk 3 oyununda evdə "Zirə" Qəbələ"ni 2:0, səfərdə "Neftçi" "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi