Azərbaycan Premyer Liqası: AZAL-ı məğlub edən "Qarabağ" liderliyə yüksəlib

Azərbaycan Premyer Liqası: AZAL-ı məğlub edən "Qarabağ" liderliyə yüksəlib Ağdam klubuna qələbə qazandıran qola Dino Ndlovu imza atıb
Futbol
14 Mart , 2017 19:00
Azərbaycan Premyer Liqası: AZAL-ı məğlub edən Qarabağ liderliyə yüksəlib
courtesy image

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" AZAL-ı qəbul edib. İlk 3 dövrədəki oyunlarında rəqibini 6:0, 1:0 və 2:1 hesabları ilə məğlub edən Ağdam klubu yenə ənənəsinə sadiq qalıb - 1:0. Meydan sahiblərinə qələbə gətirən qola Dino Ndlovu imza atıb. 

Bu qələbədən sonra xalını 48-ə çatdıran "Qarabağ" birinci pilləyə yüksəlib. Hesabından 9 xal olan AZAL sonuncu - 8-ci pillədədir.

Qeyd edək ki, dünən XXII turun ilk oyun günündə "Kəpəz" "Zirə"ni, "İnter" isə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. IV dövrənin açılış həftəsinə bu gün saat 20:00-da başlayacaq "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

17:00 “Qarabağ” – AZAL 1:0

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Xaqani Məmmədov

“Azersun Arena”

İlk 3 dövrə - 6:0, 1:0 və 2:1

Son xəbərlər

Orphus sistemi