Azərbaycan Premyer Liqası: 9 mövsümlük ənənə qırıldı

Azərbaycan Premyer Liqası: 9 mövsümlük ənənə qırıldı Sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib
Futbol
1318
16 May , 2021 10:55
Azərbaycan Premyer Liqası: 9 mövsümlük ənənə qırıldı

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki. bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb.

Sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib.

3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə İcraiyyə Komitəsi verib.

Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.

Çempionun təmin olunduğu son 9 mövsüm:

mövsüm

çempion

təmin olunduğu tur

ümumi tur sayı

2010/11

Neftçi

29

32

2011/12

Neftçi

30

32

2012/13

Neftçi

31

32

2013/14

Qarabağ

34

36

2014/15

Qarabağ

34

36

2015/16

Qarabağ

32

36

2016/17

Qarabağ

26

28

2017/18

Qarabağ

24

28

2018/19

Qarabağ

27

28

Son xəbərlər

Orphus sistemi