Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şanslarını itirdi

Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şanslarını itirdi Azərbaycan Premyer Liqasında XX turun oyunlarından sonra 3 klub çempionluq şanslarından məhrum olub.
Futbol
626
9 Mart , 2020 18:02
Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şanslarını itirdi

Azərbaycan Premyer Liqasında XX turun oyunlarından sonra 3 klub çempionluq şanslarından məhrum olub.

"Report"un məlumatına görə, hazırda aşağı pillələrdə qərarlaşmış "Qəbələ", "Səbail" və "Sabah" son 8 turdakı matçların nəticəsindən asılı olmayaraq, lider "Qarabağ"a çata bilməyəcək.

Hazırda 45 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu autsayder "Qəbələ"ni 26 xal, 7-ci sıradakı "Səbail"i 25 xal, 6-cı yerdəki "Sabah"ı isə 24 xal qabaqlayır. Yalnız Masazır təmsilçisi 8 oyundan maksimum - 24 xal yığacağı və "Qarabağ" bütün qarşılaşmalarda uduzacağı halda, "köhlən atlar"a çata bilər. Amma bu da çempionluq üçün "Sabah"a kifayət etməyəcək. Çünki şəxsi görüşlərdə "Qarabağ" rəqibini üstələyir. İlk iki dövrədəki görüşlərdə ağdamlılar Jelko Sopiçin baş məşqçi olduğu komandanı məğlub edib - 2:0, 1:0. Üçüncü dövrədəki görüş isə qolsuz başa çatıb.

Qeyd edək ki, Premyer Liqada 2019/2020 mövsümünə mayın 10-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi