Azərbaycan Premyer Liqadasındakı hakimlər aşağı yaş qrupları üzrə çempionatın oyunlarına da təyinat alacaqlar

Azərbaycan Premyer Liqadasındakı hakimlər aşağı yaş qrupları üzrə çempionatın oyunlarına da təyinat alacaqlar Referilər mövsüm ərzində aşağı yaş qrupları üzrə birinciliklərdə ən azı 15 görüş idarə etməlidirlər
Futbol
29 Sentyabr , 2017 13:20
Azərbaycan Premyer Liqadasındakı hakimlər aşağı yaş qrupları üzrə çempionatın oyunlarına da təyinat alacaqlar

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər aşağı yaş qrupları üzrə ölkə çempionatının matçlarına da təyinat alacaqlar. Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O, bildirib ki, referilər mövsüm ərzində aşağı yaş qrupları üzrə birinciliklərdə ən azı 15 görüş idarə etməlidirlər: “Bu da bir praktikadır. U-16, U-17, U-19 Liqalarında çox yaxşı oyunlar gedir”.

Qeyd edək ki, Premyer Liqa hakimləri əvəzedicilərin çempionatına və I divizion oyunlarına da təyinat alırlar.

Son xəbərlər

Orphus sistemi