Azərbaycan - Norveç oyununun hakimləri açıqlanıb

Azərbaycan - Norveç oyununun hakimləri açıqlanıb "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq
Futbol
875
13 Noyabr , 2021 14:33
Azərbaycan - Norveç oyununun hakimləri açıqlanıb
Vasilis Fotiasa

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin evdə Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma yunanıstanlı hakimlər briqadasına tapşırılıb.

Referi Vasilis Fotiasa laynsmanlar qismində Xrisula Kurobiliya və Andreas Mentanas laynsmanlar qismində köməklik edəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi