​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb

​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb VİP biletlərin qiyməti 10 manatdır
Futbol
2 Noyabr , 2015 17:30
​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb. "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, VIP sektorlara biletlərin qiyməti 10 manat, digər yerlərə isə 1 manatdır.

Biletləri "28 Mall" ticarət mərkəzindən, "Bakcell"in "Sahil" müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi