Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi

Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.
Futbol
27 Oktyabr , 2020 13:24
Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi
0 : 00
0 : 00

Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da deyil, 11-də keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının V turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komanda ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi