Azərbaycan millisinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq?

Azərbaycan millisinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq? AFFA bu həftə ərzində Azərbaycan milli komandasının yeni baş məşqçisinin kimliyini açıqlayacaq.
Futbol
8 İyul , 2020 11:24
Azərbaycan millisinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq?

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

"Report"un məlumatına görə, saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

- Digər məsələlər

Hazırda əsas namizədlər italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və azərbaycanlı mütəxəssis Arif Əsədovdur. 

Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə İngiltərə "Mançester Yunayted"ində çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib. 

Roy Kin
Roy Kin

Baş məşqçi kimi Roy Kinin son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub. Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib. O, həm də İrlandiya yığmasında 2013 - 2018-ci illərdə köməkçi-məşqçi kimi çalışıb. Son olaraq, Kin 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. 

Canni De Byazi
Canni De Byazi

Futbolçu kimi elə də ciddi uğurları olmayan Canni De Byazinin əsas nailiyyəti məqçilik karyerası ilə bağlıdır. İtaliyada SPAL, "Modena", "Breşiya", "Torino" və Udineze" kimi komandalara rəhbərlik etmiş 64 yaşlı mütəxəssis ilk iki kollektivlə C Seriyasının qalibi olub. O, ən böyük uğurunu isə millidə çalışarkən qazanıb. 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun sonuncu iş yeri isə İspaniya "Alaves"i olub. Təcrübəli mütəxəssis 2017-ci ildən işsizdir.

Arif Əsədov
Arif Əsədov

AFFA-nın siyahısında 3-cü - ehtiyat namizəd də var. Bu, ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. R.Kin və ya C.De Byazinin təyinatı baş tutmasa, yığma A.Əsədova həvalə oluna bilər.

Son xəbərlər

Orphus sistemi