Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
10 İyul , 2020 16:50
Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. 

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın;

Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Canni De Byazi
Canni De Byazi

Son xəbərlər

Orphus sistemi