Cavid Hüseynov: "Şəxsən mənim iki oyuna gücüm çatmayacaq"

Cavid Hüseynov: "Şəxsən mənim iki oyuna gücüm çatmayacaq" Hər bir görüşə ümidlə gedirik. Çox çətin səfər oyunu olacaq. Rəqibin fiziki gücü də bizə məlumdur. Onlar hər zaman bu göstəriciləri ilə seçiliblər. Çalışacağıq ki, əlimizdən gələni edək və nəticə qazanaq.
Futbol
4 Sentyabr , 2019 17:35
Cavid Hüseynov: Şəxsən mənim iki oyuna gücüm çatmayacaq

"Hər bir görüşə ümidlə gedirik. Çox çətin səfər oyunu olacaq. Rəqibin fiziki gücü də bizə məlumdur. Onlar hər zaman bu göstəriciləri ilə seçiliblər. Çalışacağıq ki, əlimizdən gələni edək və nəticə qazanaq".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov səfərdə Uelslə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, fiziki güclü olan komandalara qarşı ağıllı futbol oynamaq lazımdır: "Bizdə də texnikalı oyunçular var. Uelsi bir-iki ötürmə ilə yormaq olar. Tez-tez cinahları dəyişməklə də nə isə etmək mümkündür. Bundan başqa yol yoxdur".

Hüseynov rəqibin heyətindəki ulduz futbolçuların onları həyəcanlandırmadığını söyləyib: "Bütün yığmalarla oynayanda, hər komandada bir-iki tanınmış futbolçu olur. Elə bir həyəcan yoxdur. Düzdür, onlarla oynamaq maraqladır. Amma həyacan yoxdur".

Oyunçu yığmanın Uelslə 10 il öncəki görüşü barədə də danışıb: "Həmin vaxt milli komanda Berti Foqtsun rəhbərliyi altında toplaşmışdı. Bu, mənim cavan vaxtlarıma təsadüf edirdi. Milliyə təzə-təzə dəvət alırdım. O vaxtkı heyətdən yalnız mən qalmışam. Demək olar ki, hamısı karyerasını başa vurub və bəziləri məşqçi işləyir. Hazırda çıxış etdiyim "Zirə" komandasının baş məşqçisi Samir Abasovla bir komandada oynamışdım (gülür). Maraqlı anlar idi. Həmin vaxtla indi arasında fərq böyükdür. Onda təcrübə qazanmağa başlayırdıq. Amma düşünürəm ki, artıq yetərincə praktika yığmışıq. Sadəcə, nəticə əldə etmək qalıb. Qrupumuzun çətin olduğunu deyəcəyəm, onda da deyəcəklər ki, niyə Millətlər Liqasında uğur qazana bilmədiniz? Bu söhbət də var".

Hüseynov komandanın Uelslə görüşdən 3 gün sonra digər iddialı Xorvatiya ilə üz-üzə gələcəyini sözlərinə əlavə edib. O, "Komandanın elə çətin qrafikə gücü çatacaqmı" sualına belə cavab verib: "Düzü, şəxsən mənim gücüm çatmayacaq (gülür). Heç kimin adından danışa bilmərəm. Heyətdə bəzi dəyişikliklər olmalıdır. 3-4 futbolçu ən azından növbəti oyuna görə dəyişilməlidir".

Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi