Azərbaycan millisinin üç futbolçusu koronavirusa yoluxub

Azərbaycan millisinin üç futbolçusu koronavirusa yoluxub 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun COVID-19 testi pozitiv nəticələnib.
Futbol
423
5 Oktyabr , 2021 15:13
Azərbaycan millisinin üç futbolçusu koronavirusa yoluxub

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun koronavirus testi pozitiv nəticələnib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarov (“Qarabağ”) bu səbəbdən seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, U-17 AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi