Millimiz Slovakiya ilə oyuna itkilərlə yollandı

Millimiz Slovakiya ilə oyuna itkilərlə yollandı Matç aprelin 8-də keçiriləcək
Futbol
6 Aprel , 2021 11:03
Millimiz Slovakiya ilə oyuna itkilərlə yollandı

Avropa çempionatının seçmə qrup oyununda Slovakiya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

"Report"un məlumatına görə, Bakı - İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi Slovakiyanın Levitse şəhərinə avtobusla yollanacaq.

“Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək.

Baş məşqçi Joze Alesio Da Silva bu səbəbdən, 3-ü qapıçı olmaqla 12 oyunçunun xidmətindən yararlanacaq. Yüngül zədəsi olan Amir Şocayi, baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnmiş Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Slovakiyaya yollanan heyət:

N

Ad və soyad

Klub

1

Rövşən Hüseynli

Araz-Naxçıvan

2

Emin Kürdov

EKOL

3

Cavad Məmmədov

Neftçi İK

4

Xətai Bağırov

Araz-Naxçıvan

5

Rizvan Fərzəliyev

Araz-Naxçıvan

6

Fineo De Araujo

Araz-Naxçıvan

7

İsa Atayev

Araz-Naxçıvan

8

Amir Şojaei

Araz-Naxçıvan

9

Ramiz Çovdarov

Araz-Naxçıvan

10

Tofiq Mikayılov

EKOL

11

Eduardo Borges

ACCSS FUTSAL (Fransa)

12

Everton Kardoso

Levante (İspaniya)

Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan yığması 4 turdan sonra III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Son xəbərlər

Orphus sistemi