Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb

Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb Azərbaycan milli komandasının Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.
Futbol
11 Avqust , 2022 16:12
Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb

Azərbaycan milli komandasının Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, C qrupunda yer alan yığma ilk matçına avqustun 29-da çıxacaq. Rəqib İsveçrə kollektivi olacaq.

Azərbaycan 1 gün sonra isə Ukrayna ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları avqustun 27-dən sentyabrın 5-dək İtaliyanın Kataniya şəhərində olacaq.

Son xəbərlər

Orphus sistemi