Azərbaycan millisinin sabiq üzvü Almaniya klubuna keçdi

Azərbaycan millisinin sabiq üzvü Almaniya klubuna keçdi Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Eratın yeni klubu bəlli olub.
Futbol
16 İyul , 2020 09:11
Azərbaycan millisinin sabiq üzvü Almaniya klubuna keçdi
Toğrul Erat

Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Eratın yeni klubu bəlli olub. 

"Report" "Media-sportservice" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" komandası ilə anlaşıb. 

Klubun idman direktoru Patrik Bauder oyunçunun keçidi barədə danışıb. O, Eratın təcrübəsi sayəsində gənclərə yol göstərəcəyini və aparıcı futbolçulardan birinə çevriləcəyini söyləyib. 

Qeyd edək ki, Tuğrul Erat Azərbaycan millisinin heyətində 4 oyunda meydanda olub. O, son olaraq, Türkiyənin "Bayrampaşa" klubunun formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi