Azərbaycan millisinin sabiq hücumçusu oğluna görə təhdid olunur

Azərbaycan millisinin sabiq hücumçusu oğluna görə təhdid olunur Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubunun düşərgəsinə qayıtmayacaq.
Futbol
265
21 Mart , 2022 14:52
Azərbaycan millisinin sabiq hücumçusu oğluna görə təhdid olunur

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubunun düşərgəsinə qayıtmayacaq.

"Report" "Match TV"yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı hücumameylli yarımmüdafiəçinin ailəsinin təhdid olunmasıdır.

Gürcülər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üzündən gənc vingerin Kazan təmsilçisində oynamasını istəmir.

Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi