Azərbaycan millisinin sabiq baş məşqçisi Avropa Liqasına görə Almaniya klublarını tənqid edib

Azərbaycan millisinin sabiq baş məşqçisi Avropa Liqasına görə Almaniya klublarını tənqid edib "Onların uğursuz çıxışına görə Bundesliqa əziyyət çəkir"
Futbol
21 Sentyabr , 2017 11:35
Azərbaycan millisinin sabiq baş məşqçisi Avropa Liqasına görə Almaniya klublarını tənqid edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Avropa Liqasında mübarizə aparan Almaniya klublarını tənqid edib. “Report” xəbər verir ki, 71 yaşlı mütəxəssis “Bild”ə açıqlamasında həmyerlilərinin yarışa ciddi yanaşmadıqlarını söyləyib.

O, bildirib ki, Almaniya klublarının Avropa Liqasında uğursuz çıxışına görə Bundesliqa xələl görür. B.Foqtsun fikrincə, milli çempionatlarda 7-ci yeri tutan komandaların turnirə vəsiqə qazanmaları doğru deyil: “Almaniya klubları sonuncu dəfə hazırda Avropa Liqası adlanan UEFA Kubokunu nə vaxt qazanıblar? Bu, 20 il əvvəl “Şalke”nin qələbəsi olub. Almaniya klublarının yarışda uğursuz çıxışına görə Bundesliqa əziyyət çəkir. Klublar Avropa Liqasına ciddi yanaşmadıqları üçün milli çempionat əlverişsiz vəziyyətə düşə bilər. Turnirin bu durumda olmasında UEFA-ın da rolu var. Əvvələr ölkə kuboklarının qalibləri və bürünc mükafatçılar yarışa vəsiqə qazanırdılar. İndi isə 7-ci yeri tutanları belə, liqaya buraxırlar”.

Qeyd edək ki, Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. O, 1996-cı ildə Almaniya millisinin baş məşqçisi kimi Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi