Azərbaycan millisinin rəqibində daha bir futbolçu koronavirusa yoluxub

Azərbaycan millisinin rəqibində daha bir futbolçu koronavirusa yoluxub Lüksemburq millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarında iştirak etməyəcək.
Futbol
30 Avqust , 2021 13:47
Azərbaycan millisinin rəqibində daha bir futbolçu koronavirusa yoluxub

Lüksemburq millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarında iştirak etməyəcək.

"Report"un məlumatına görə, Marvin Martins, Kris Filipps və Dioqo Pimenteldən sonra Eldin Dzoqoviç də yığmanın heyətindən çıxarılıb.

Almaniyada "Maqdeburq" klubunun formasını geyinən 18 yaşlı müdafiəçi koronavirusa yoluxduğu üçün millinin oyunlarını buraxacaq. Onun əvəzinə yığmaya Belçikanın "Virton" klubunun müdafiəçisi Kevin Malje dəvət olunub.

Daha əvvəl Pimentelin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 4-də Belqradda Serbiyaya qonaq olacaq "cırtdanlar" sentyabrın 7-də Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi