Azərbaycan millisinin rəqibi Madaqaskar və Burkina-Faso yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisinin rəqibi Madaqaskar və Burkina-Faso yığmaları ilə qarşılaşacaq Bakı. 14 fevral. REPORT.AZ/ UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo millisi Fransada təlim-məşq toplanışı keçirəcək.
Futbol
14 Fevral , 2018 18:04
Azərbaycan millisinin rəqibi Madaqaskar və Burkina-Faso yığmaları ilə qarşılaşacaq

Bakı. 14 fevral. REPORT.AZ/ UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo millisi Fransada təlim-məşq toplanışı keçirəcək.

"Report" xəbər verir ki, Balkan təmsilçisi 20 - 27 martda Parisdə baş tutacaq hazırlıq prosesi çərçivəsində iki yoxlama matçında qüvvəsini sınayacaq.

Kosovo martın 24-də Madaqaskar, 3 gün sonra isə Burkina-Faso kollektivləri ilə üz-üzə gələcək. 

Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi