Azərbaycan millisinin rəqibi Baltika Kubokunun qalibi olub

Azərbaycan millisinin rəqibi Baltika Kubokunun qalibi olub Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 9-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığması ardıcıl dördüncü dəfə Baltika Kubokunun qalibi olub.
Futbol
6 İyun , 2018 10:20
Azərbaycan millisinin rəqibi Baltika Kubokunun qalibi olub
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 9-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığması ardıcıl dördüncü dəfə Baltika Kubokunun qalibi olub.

"Report" xəbər verir ki, Miksu Paatelaynenin rəhbərlik etdiyi kollektiv səfərdə Litva yığması ilə görüşdə 1:1 hesablı heç-heçə sayəsində buna nail olub. Matçda hesabı 46-cı dəqiqədə latviyalı futbolçu Kaspar Dubra açıb. Qarşılaşmanın 86-cı dəqiqəsində isə Karolis Laukzemis bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, Baltika Kubokunun digər oyunlarında Latviya Estoniyanı evdə 1:0 hesabı ilə məğlub edib. Litva isə səfərdə estoniyalılara 2 cavabsız qolla uduzub. Riqadakı "Dauqava" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi