Azərbaycan millisinin qapıçısı: "İki klub məndən cavab gözləyir"

Azərbaycan millisinin qapıçısı: "İki klub məndən cavab gözləyir" "Danışıqlar davam edir. hazırkı klubum və "Araz-Naxçıvan" məndən cavab gözləyir".
Futbol
24 May , 2022 14:54
Azərbaycan millisinin qapıçısı: İki klub məndən cavab gözləyir
Rövşən Hüseynli

"Danışıqlar davam edir. hazırkı klubum və "Araz-Naxçıvan" məndən cavab gözləyir".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin və Rusiyanın "Torpedo" klubunun qapıçısı Rövşən Hüseynli federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

Hazırda Bakıda olan 31 yaşlı qolkiper danışıqların uzanmasının səbəbini açıqlayıb: "Çempionat başa çatıb, ona görə də istirahətə buraxdılar. Müqaviləm isə iyunun 15-dək davam edir. UEFA Rusiya klublarına sanksiya tətbiq edib və onlar UEFA Çempionlar Liqasında iştirak etməyəcəklər. Eyni zamanda klubun büdcəsi, eləcə də legioner limiti ilə bağlı qərarı gözləyirlər. Bəzi futzalçılarla da müqavilə başa çatır. Bir sözlə, yeni mövsümlə bağlı baş məşqçinin hazırlıq planı, kimlərlə işləmək istəyəcəyi ilə bağlı qərarı gözlənilir. Amma klub rəhbərliyi xidmətimdə maraqlı olduğunu qeyd edib. Ona görə mən də hələlik cavab gözləyirəm.

Hüseynli Rusiya təmsilçisində qalmaq istədiyini söyləyib: "Oraya gedəndən sonra komandam 8 oyun keçirdi və 3-də adım iştirak ərizəsində olmadı. Çünki qeydiyyatla bağlı problemlər yaranmışdı. Daha sonra məsələ həllini tapdı. Pley-off mərhələsindəki oyunların hamısında iştirak etməməyim isə legioner limiti ilə bağlı idi. Bütün bunları nəzərə alsaq, Rusiya Super Liqasında sözümü deməmişəm. Təbii ki, bu, tək mənim qərarımdan asılı deyil. Bunun üçün klub da qərarını verməlidir. Yəqin ki, yaxın 10-15 gün ərzində bütün suallara aydınlıq gətiriləcək".

Qapıçı Azərbaycan Yüksək Liqası ilə Rusiya Super Liqasını müqayisə edib: "Çempionat həm maraqlı, həm də çətindir. Səfərlər üçün bəzən 13-14 saat yol gedirsən. Oyunların müddəti 50 dəqiqə davam edir. Bundan başqa, çempionatda güclü legionerlər forma geyinirlər. Təsəvvür edin, “Qazprom” əsas mərhələni 7-ci pillədə başa vursa da, Superliqanın finalına qədər irəliləyib. Yəni sonuncu pillədə yer alan komanda ilk pillədəki istənilən komandanı yenə biləcək gücdədir. Bir sözlə, maraqlıdır".

Qeyd edək ki, Rövşən Hüseynli martda "Torpedo" ilə müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi