Azərbaycan millisinin oyunu şotlandiyalı hakimlərə tapşırılıb

Azərbaycan millisinin oyunu şotlandiyalı hakimlərə tapşırılıb Sumqayıtda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.
Futbol
22 Mart , 2022 13:34
Azərbaycan millisinin oyunu şotlandiyalı hakimlərə tapşırılıb

Sumqayıtda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Devid Munro idarə edəcək. Ona yan xətt hakimləri Şon Karr və Duqlas Potter köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.

Qeyd edək ki, martın 25-də "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi