Bakı. 27 iyul. REPORT.AZ/ “Milli komandanın oyunlarına görə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə 60 gün fasilə olacaq".
“Report” xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O bildirib ki, çempionatın təqvimi tərtib olunarkən yığmanın maraqları nəzərə alınacaq: “Qurban Qurbanovla danışmışıq. Elə bir problem yoxdur. Fasilə çox olmayacaq. Milliyə görə dözmək olar, təki nətic olsun”.