Azərbaycan millisinin Norveç yığması ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Norveç yığması ilə oyun üçün heyəti açıqlanıb Prosineçki heyətdə 2 dəyişiklik edəcəyini bildirib
Futbol
137
31 Avqust , 2017 22:50
Azərbaycan millisinin Norveç yığması ilə oyun üçün heyəti açıqlanıb

Oslo. 31 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Norveç yığması ilə səfərdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.

"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, baş məşqçi Robert Prosineçki Şimali İrlandiya ilə keçirilən oyunla müqayisədə 11-likdə 2 dəyişiklik edəcəyini bildirib.

Prosineçki Namiq Ələsgərov və Mahir Mədətova şans verəcəyini söyləyib: Onlar Ramil Şeydayev və Əfran İsmayılovu əvəzləyəcəklər".

Beləliklə, start heyətdə bu futbolçular olacaqlar: Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Cavid Hüseynov, Dmitri Nazarov və Mahir Mədətov.

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi