Azərbaycan millisinin müdafiəçisi: Fernandu Santuş futbolumuza yenilik gətirəcək

Azərbaycan millisinin müdafiəçisi: Fernandu Santuş futbolumuza yenilik gətirəcək Fernandu Santuş Azərbaycan futboluna yenilik gətirəcək.
Futbol
14 İyun , 2024 17:36
Azərbaycan millisinin müdafiəçisi: Fernandu Santuş futbolumuza yenilik gətirəcək

Fernandu Santuş Azərbaycan futboluna yenilik gətirəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin üzvü Elvin Bədəlov yığmaya yeni təyin olunan baş məşqçi Fernandu Santuş barədə danışarkən deyib.

29 yaşlı müdafiəçi yeni təyinatı uzun müddətdir gözlədiklərini bildirib: "Azərbaycan millisinin yeni baş məşqçisini çoxdan gözləyirdik. Nəhayət ki, gözlənilən vaxt çatdı. Fernandu Santuş tanınmış məşqçidir. İnanıram ki, o, Azərbaycan futboluna yenilik gətirəcək və uğurlu olacaq. Ona işlərində uğurlar arzu edirəm. Nəticələrin daha yaxşı olacağına inanıram".

Qeyd edək ki, AFFA rəhbərliyi Fernandu Santuş ilə "3+1" illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi