Azərbaycan yığmasının Millətlər Liqasında rəqibləri müəyyənləşəcək

Azərbaycan yığmasının Millətlər Liqasında rəqibləri müəyyənləşəcək Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.
Futbol
3 Mart , 2020 08:23
Azərbaycan yığmasının Millətlər Liqasında rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, tədbir Niderlandın paytaxtı Amsterdamda olacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hələlik baş məşqçisi olmayan Azərbaycan milli komandasının C Liqasındakı rəqibləri püşk nəticəsində müəyyənləşəcək. Komandanın potensial rəqibləri Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva və Lüksemburqdur. Yığma C Liqasının 4-cü səbətində birgə yer aldığı üçün Ermənistan, Qazaxıstan və Moldovaya rəqib ola bilməyəcək. 

Liqaların tərkibi belədir:

A Liqası 

1-ci səbət: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Niderland, İngiltərə, İsveçrə

2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya

3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç

4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası

1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya

2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya 

4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C Liqası 

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova

D Liqası 

1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn

2-ci səbət: Andorra, Malta, San-Marino.

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr

II tur: 6 - 8 sentyabr

III tur: 8 - 10 oktyabr

IV tur: 11 - 13 oktyabr

V tur: 12 - 14 noyabr

VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6  iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır. 

Son xəbərlər

Orphus sistemi