Azərbaycan millisinin legioneri: "Rəqibə kiçik sürpriz hazırlamışıq"

Azərbaycan millisinin legioneri: "Rəqibə kiçik sürpriz hazırlamışıq" "Rəqibi sındırmaq olar, bunun üçün onlara kiçik sürpriz hazırlamışıq".
Futbol
4 aprel 2022 18:39
Azərbaycan millisinin legioneri: Rəqibə kiçik sürpriz hazırlamışıq

"Rəqibi sındırmaq olar, bunun üçün onlara kiçik sürpriz hazırlamışıq".

"Report"un məllumatına görə, bunu Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov səfərdə "Hamburq"a qarşı keçirəcəkləri II Bundesliqanın 26-cı turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, 3 xal qazanmaq üçün əllərindən gələnin edəcəklər: "Bu, bizim II liqada qalmağımız üçün bəlkə də son şansdır. "Hamburq"un zəif yerlərini bilirik. Çox aqressiv oynayırlar. Bundan istifadə etməliyik".

Aprelin 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, "Ertsgebirge" 27 oyundan sonra 19 xalla 18 komanda arasında 18-ci pillədədir. 42 xalı olan "Hamburq" isə 7-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi