Azərbaycan millisinin kapitanının zədəsinə aydınlıq gəlib

Azərbaycan millisinin kapitanının zədəsinə aydınlıq gəlib Malta yığması ilə yoldaşlıq görüşünü yarımçıq tərk etməli olan Azərbaycan millisinin kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Futbol
1171
26 Mart , 2022 14:00
Azərbaycan millisinin kapitanının zədəsinə aydınlıq gəlib

Malta yığması ilə yoldaşlıq görüşünü yarımçıq tərk etməli olan Azərbaycan millisinin kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, 33 yaşlı müdafiəçi burun nayihəsindən zədə alıb. Lakin sınıq və çat yoxdur.

F.Abdulla bildirib ki, Medvedevin Latviyaya qarşı martın 29-da keçiriləcək növbəti yoldaşlıq görüşündə meydana çıxıb-çıxmayacağı ilə bağlı qərar matç ərəfəsində veriləcək.

Qeyd edək ki, Maksim Medvedev Malta ilə oyunda zədələndiyi üçün 76-cı dəqiqədə yerini Renat Dadaşova verib. Ta Qali Milli Stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi