Azərbaycan millisinin hücumçusu oyun zamanı rəqib futbolçunun burnunu qırıb

Azərbaycan millisinin hücumçusu oyun zamanı rəqib futbolçunun burnunu qırıb Almaniya Pröyssenində çıxış edən Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov Münhen 1860 komandasının futbolçusu Simon Lorentsin burnunu qırıb.
Futbol
16 Aprel , 2019 09:23
Azərbaycan millisinin hücumçusu oyun zamanı rəqib futbolçunun burnunu qırıb

Almaniya "Pröyssen"ində çıxış edən Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov "Münhen 1860" komandasının futbolçusu Simon Lorentsin burnunu qırıb.

"Report"un məlumatına görə, hadisə iki komanda arasındakı III Liqa matçının 77-ci dəqiqəsində baş verib. Top uğrunda mübarizə zamanı sifətindən dirsək zərbəsi alan 22 yaşlı müdafiəçinin sifətində kəsik yaranıb və burnu qırılıb. Lorents oyunu sarğıda və qoruyucu maska ilə başa vurub. Dadaşov isə bu hərəkətinə görə sarı vərəqə alıb.

Qeyd edək ki, görüş "Pröyssen"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Rüfət Dadaşov vurub. 33 turdan sonra "Pröyssen" 45 xalla 7-ci, "Münhen 1860" isə 44 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi