Azərbaycan millisinin hücumçusu Almaniyada növbəti qolunu vurub

Azərbaycan millisinin hücumçusu Almaniyada növbəti qolunu vurub Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubunda növbəti qolunu vurub.
Futbol
24 Aprel , 2022 17:42
Azərbaycan millisinin hücumçusu Almaniyada növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubunda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu evdə "Hanza" ilə 2:2 hesablı heç-heçə etdikləri II Bundesliqanın 31-ci tur matçında fərqlənib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli forvard görüşdəki 3-cü qolun müəllifi olub.

Bu nəticədən sonra xallarını 23-ə çatdıran Aue təmsilçisi 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. "Hanza" isə 39 xalla 12-cidir.

Qeyd edək ki, "Ertsgebirge" növbəti turda da xal itirsə, II Bundesliqa ilə vidalaşa bilər.

Son xəbərlər

Orphus sistemi