Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb Avropa çempionatının ilk oyunundan öncə testlərinin nəticəsi pozitiv olan Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstanla matçda iştirak etməyəcək.
Futbol
242
22 Yanvar , 2022 13:02
Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi də pozitiv çıxıb.

Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.

Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Hər iki oyunçunun ilk testləri yanvarın 21-də müsbət nəticələnib.

Son xəbərlər

Orphus sistemi