Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib.
Futbol
28 Sentyabr , 2021 15:24
Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb
Elvin Bədəlov

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib.

"Gənclik şəhəri" təmsilçisinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, MRT müayinəsi nəticəsində 26 müdafiəçisinin diz bağlarında qopma müəyyənləşib.

Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. İlkin ehtimallara görə, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda sıradan çıxıb.

Daha əvvəl "Sumqayıt"ın hücumçusu Əli Qurbani də zədələnib. Azərbaycan millisinin futbolçusu bir həftədən sonra məşqlərə başlayacaq.

Son xəbərlər

Orphus sistemi