Azərbaycan millisinin futbolçusu "Sumqayıt" klubu ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu "Sumqayıt" klubu ilə vidalaşıb Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov "Sumqayıt" klubu ilə yollarını ayırıb.
Futbol
25 May , 2022 09:13
Azərbaycan millisinin futbolçusu Sumqayıt klubu ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov "Sumqayıt" klubu ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.

Mütəllimov 2 ildən sonra "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmağın onun üçün çətin olduğunu bildirib: "Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişəcək".

Qeyd edək ki, Tellur Mütəllimov 2020-ci ildən "Sumqayıt"da çıxış edib. O, cəzalı olduğu üçün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı matçlarında iştirak edə bilmir.

Son xəbərlər

Orphus sistemi