Azərbaycan millisinin futbolçusu "Şamaxı"ya keçir

Azərbaycan millisinin futbolçusu "Şamaxı"ya keçir "Zirə" klubunun və Azərbaycan millisinin futbolçusu "Şamaxı" komandasına keçəcək.
Futbol
5 Avqust , 2022 10:03
Azərbaycan millisinin futbolçusu Şamaxıya keçir
Cəlal Hüseynov

"Zirə" klubunun və Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov "Şamaxı" komandasına keçəcək.

"Report"un məlumatına görə, hazırda 19 yaşlı mərkəz müdafiəçinin keçidi ilə bağlı tərəflər arasında danışıqlar tamamlanmaq üzrədir. Hüseynovun 1 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub.

Ötən gün "Zirə" Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Hüseynovun icarəyə verilməsi də bu transferdən sonra gündəmə gəlib.

"Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn "Report"a açıqlamasında "Zirə" ilə danışıqların getdiyini təsdiqləyib. O bildirib ki, hazırda gənc futbolçu Azərbaycanın U-23 yığmasının heyətində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Klub rəsmisi məsələyə İslamiadadan sonra tam aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi