Azərbaycan millisinin futbolçusu Lüksemburqla matçda meydandan qovulub

Azərbaycan millisinin futbolçusu Lüksemburqla matçda meydandan qovulub Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov Bakıda Lüksemburqa qarşı keçirilən 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.
Futbol
11 Noyabr , 2021 21:22
Azərbaycan millisinin futbolçusu Lüksemburqla matçda meydandan qovulub

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov Bakıda Lüksemburqa qarşı keçirilən 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.

"Report"un məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillin bədəninə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə görüb.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi