Azərbaycan millisinin futbolçusu "Səbail" klubundan ayrıldığını açıqlayıb

Azərbaycan millisinin futbolçusu "Səbail" klubundan ayrıldığını açıqlayıb Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov Səbaildən ayrılıb.
Futbol
8 May , 2019 19:32
Azərbaycan millisinin futbolçusu Səbail klubundan ayrıldığını açıqlayıb

Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov "Səbail"dən ayrılıb.  

"Report"un məlumatına görə, bu barədə 28 yaşlı hücumçu şəxsi "Facebook" hesabı vasitəsi ilə açıqlama verib. 

Forvard bildirib ki, bu qərarı qəbul etmək çətin olub. O, özü üçün ən əsas şeyin futbol oynamaq olduğunu vurğulayıb: "Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Kluba isə bizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Ruslan Qurbanov 2018-ci ilin yayından "Səbail"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi