Azərbaycan millisinin futbolçusu iki ölkədən təklif alıb

Azərbaycan millisinin futbolçusu iki ölkədən təklif alıb Azərbaycan millisinin və Keşlə klubunun futbolçusu Vüsal İsgəndərli ölkə xaricindən gələn iki təklifi qəbul etməyib.
Futbol
265
23 Dekabr , 2019 20:25
Azərbaycan millisinin futbolçusu iki ölkədən təklif alıb

Azərbaycan millisinin və "Keşlə" klubunun futbolçusu Vüsal İsgəndərli ölkə xaricindən gələn iki təklifi qəbul etməyib.

Bu barədə "Report"a 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O bildirib ki, menecerlər həmin klubların "Keşlə"yə rəsmi təklif göndərmək istədiyini söyləyib. 

İsgəndərli onunla yerli klubların da maraqlandığını vurğulayıb: "Baş məşqçimiz Tərlan Əhmədova yaxınlaşdım. Onun fikirlərini soruşdum. Mənə dedi ki, sənə klubda qalmağı məsləhət görürəm. Tərlan müəllim ötən il mənim zəif çıxışıma 4-5 ay göz yumdu, səbr etdi. Mən də ona görə getmək istəmirəm. Əsas olan odur ki, komandamız bu mövsüm yaxşı nəticə qazansın. Yay transfer dönəmində təklif gələrsə, dəyərləndirmək olar. Mən də istəyirəm ki, ölkəmizi xaricdə təmsil edim".

Qeyd edək ki, İsgəndərli AVRO-2020-nin seçmə mərhələsində  Azərbaycan millisinin Slovakiyaya 0:2 hesabı ilə uduzduğu matçda debüt edib.

Son xəbərlər

Orphus sistemi