Azərbaycan millisinin futbolçusu İspaniyada 2 oyunluq cəzalandırılıb

Azərbaycan millisinin futbolçusu İspaniyada 2 oyunluq cəzalandırılıb İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.
Futbol
19 Dekabr , 2019 10:02
Azərbaycan millisinin futbolçusu İspaniyada 2 oyunluq cəzalandırılıb

İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.

“Report” xəbər verir ki, buna səbəb “Albasete”nin formasını geyinən 27 yaşlı yarımmüdafiəçinin İspaniya Sequndasının XX turunda “Rayo Valyekano” ilə matçın 45+4-cü dəqiqəsində rəqib oyunçunu başla vurduğu üçün birbaşa qırmızı vərəqə almasıdır.

Qeyd edək ki, “Rayo Valyekano” - “Albasete” görüşü yarımçıq dayandırılıb. Buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəb olub. İlk yarının gedişində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən", - deyə qışqırıblar. İnsident üzündən referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırlmasa, oyun dayandırılacaq. Fasilədən sonra isə “Albasete” futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. Belə qərarı klub rəhbərliyi qəbul edib. 

Son xəbərlər

Orphus sistemi