Azərbaycan millisinin futbolçusu İspaniya klubunda ilk məşqinə çıxıb

Azərbaycan millisinin futbolçusu İspaniya klubunda ilk məşqinə çıxıb Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov 4 illik müqavilə bağladığı İspaniya çempionatının I Divizion klubu “Albasete”də məşqlərə başlayıb.
Futbol
28 Avqust , 2019 10:26
Azərbaycan millisinin futbolçusu İspaniya klubunda ilk məşqinə çıxıb

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov 4 illik müqavilə bağladığı İspaniya çempionatının I Divizion klubu “Albasete”də məşqlərə başlayıb.

“Report” “Aupa Alba” portalına istinadən xəbər verir ki, əzələsində problem olan 27 yaşlı yarımmüdafiəçi komanda ilə birgə hazırlıq prosesində iştirak edib. O, məşqin ikinci hissəsində fərdi şəkildə çalışıb. Lakin İsrafilovun sentyabrın 1-də III turun Xixon “Sportinq”i ilə səfər matçında meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, Eddi İsrafilov zədəsini yeni sağaltığı üçün Azərbaycan millisinin sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarına çağırılmayıb.

Son xəbərlər

Orphus sistemi