Azərbaycan millisinin futbolçusu BƏƏ və Türkiyədə hazırlıq keçəcək

Azərbaycan millisinin futbolçusu BƏƏ və Türkiyədə hazırlıq keçəcək Bakı. 3 yanvar. REPORT.AZ/ Qazaxıstanın Astana klubunun qış hazırlıq planı müəyyənləşib.
Futbol
3 Yanvar , 2019 12:25
Azərbaycan millisinin futbolçusu BƏƏ və Türkiyədə hazırlıq keçəcək

Bakı. 3 yanvar. REPORT.AZ/ Qazaxıstanın "Astana" klubunun qış hazırlıq planı müəyyənləşib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi komanda yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq. İki həftəlik hazırlıq prosesində daha çox fiziki hazırlığa diqqət yetiriləcək.

İkinci toplanış isə 3 - 24 fevralda Türkiyədə olacaq. Bu zaman çoxsaylı yoxlama oyunları olacaq.

Hazırlıq prosesi baş məşqçi postuna qayıdan Roman Qriqorçukun rəhbərliyi altında keçiriləcək. Ukraynalı mütəxəssis ailə vəziyyəti ilə əlaqədar ötən mövsümün bir hissəsini buraxmalı olmuşdu. 

Son xəbərlər

Orphus sistemi