Azərbaycan millisinin futbolçusu "Altınordu"ya keçib

Azərbaycan millisinin futbolçusu "Altınordu"ya keçib Türkiyə Bolusporundan ayrılan Azərbaycan millisinin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.
Futbol
29 Avqust , 2019 16:26
Azərbaycan millisinin futbolçusu Altınorduya keçib

Türkiyə "Boluspor"undan ayrılan Azərbaycan millisinin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi qonşu ölkənin I Liqa komandası "Altınordu"ya keçib. İzmir təmsilçisi Budakla bir illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu klubun rəsmi saytına açıqlamasında belə bir kollektivə gəldiyi üçün özünü şanslı hesab etdiyini deyib. Müdafiəçi "Altınordu" forması ilə Superliqaya yüksəlmək istədiyini də vurğulayıb.

Qeyd edək ki, Ufuk Budak bunadək Türkiyədə “Samsunspor”, “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi