Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə danışıqlara başlayıb

Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə danışıqlara başlayıb Almaniyanın "Ertsgebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlar aparır.
Futbol
218
12 May , 2022 09:54
Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə danışıqlara başlayıb

Almaniyanın "Ertsgebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.

"Report" "Tag24" nəşrinə istinadən xəbər verir ki, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.

Klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətindədir. Lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.

Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan "Ertsgebirge"nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Dmitri Nazarovun 2023-cü ilin yayınadək müqaviləsi olsa da, komanda II Bundesliqanı tərk etdiyi üçün sözləşmədəki bənd onun azad agent statusu almasına yardımçı olacaq.

Son xəbərlər

Orphus sistemi