Azərbaycan millisinin futbolçularının çıxış etdikləri Almaniya klubları yoxlama matçında üz-üzə gələcəklər

Azərbaycan millisinin futbolçularının çıxış etdikləri Almaniya klubları yoxlama matçında üz-üzə gələcəklər Dadaşovun komandası “Ayntraxt”la Nazarovun “Aue”si qarşılaşacaq
Futbol
29 Dekabr , 2017 10:00
Azərbaycan millisinin futbolçularının çıxış etdikləri Almaniya klubları yoxlama matçında üz-üzə gələcəklər

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçuları Renat Dadaşovla Dmitri Nazarovun formasını geyindikləri Almaniya klubları yoxlama matçında üz-üzə gələcəklər. “Report” xəbər verir ki, Dadaşovun müqavilə ilə məxsus olduğu Frankfurt “Ayntraxt”ı ilə Nazarovun “Aue”si İspaniya toplanışı çərçivəsində qarşılaşacaqlar.

Lakin Bundesliqada mübarizən aparan “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç 36 nəfərlik heyətə Dadaşovu daxil etməyib. Buna səbəb 18 yaşlı hücumçunun əsasən gənclərdən ibarət komandada olmasıdır. Nazarov isə II Bundesliqada çıxış edən “Aue”nin heyətində yer alacaq.

Qeyd edək ki, matç 2018-ci il yanvarın 6-da Kampoamor şəhərində baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi