Azərbaycan millisinin əvəzolunmazları, əvəz olunanları, "turist"ləri və qolçuları - ARAŞDIRMA

Azərbaycan millisinin əvəzolunmazları, əvəz olunanları, "turist"ləri və qolçuları - ARAŞDIRMA Millətlər Liqasındakı 6 oyunda 31 futbolçudan 10-u meydana çıxmayıb
Futbol
22 Noyabr , 2018 12:22
Azərbaycan millisinin əvəzolunmazları, əvəz olunanları, turistləri və qolçuları - ARAŞDIRMA
Report/ Firi Salim

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsindəki 6 oyunda 21 futbolçunun xidmətindən yararlanıb.

"Report"un araşdırmalarına əsasən, D Liqasının 3-cü qrupunda Kosovo, Farer adaları, Malta ilə ev və səfər matçlarının iştirak ərizələrində üst-üstə 31 oyunçu yer alıb.

Bütün görüşlərdə 90 dəqiqə forma geyinmiş futbolçular müdafiəçi Maksim Medvedevlə Bədavi Hüseynov, eləcə də yarımmüdafiəçi Qara Qarayevdir. "Qarabağ"dan dəvət alan bu "trio" millinin əvəzolunmazlarıdır.

Riçard Almeyda ("Astana", Qazaxıstan) 87 dəqiqəyə 2 qol vurduğu Farer adaları ilə səfər matçı istisna olmaqla, qalan qarşılaşmalarda sonadək çıxış edib. 500 dəqiqə həddinə çatan digər futbolçu isə Mahir Mədətov ("Qarabağ") olub. O, Farer adaları və Kosovo ilə səfər oyunları istisna olmaqla, qalan qarşılaşmalarda sonadək meydanda olub.

Dmitri Nazarov ("Aue", Almaniya), Pavlo Paşayev ("Aleksandriya", Ukrayna) və Kamran Ağayev ("Keşlə") 400 - 500, Təmkin Xəlilzadə ("Qəbələ"), Araz Abdullayev ("Qarabağ") və Rüfət Dadaşov ("Proyssen", Almaniya) 300 - 400 dəqiqə aralığında forma geyinib. 200 - 300 dəqiqə aralığında heç bir futbolçu oynamadığı halda, 100 - 200 intervalında Rahil Məmmədov ("Qarabağ"), Ürfan Abbasov ("Qəbələ"), Səlahət Ağayev və Emin Mahmudov (hər ikisi "Neftçi") çıxış edib.

Nəhayət, meydanda 100 dəqiqəyədək Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Ruslan Qurbanov ("Səbail"), Rauf Əliyev ("Qəbələ"), Cavid İmamverdiyev ("Sabah"), Əfran İsmayılov ("Sumqayıt") və Mirabdulla Abbasov ("Neftçi") olub.

Meydana ümumiyyətlə çıxmayan 10 futbolçuya gəldikdə, Rahid Əmirquliyev ("Səbail") bütün görüşlərdə 23 nəfərlik iştirak ərizəsində olduğu halda, heç bir qarşılaşmada meydana çıxmayıb. Qapıçılardan Şahrudin Məhəmmədəliyevin ("Qarabağ") adı 6 oyunun 5-də, Emil Balayevinki ("Səbail") isə 4 görüşdə "23-lük"də olub. Cavid Hüseynov ("Qəbələ"), Rəhman Hacıyev ("Neftçi") və Coşqun Diniyev ("Qarabağ") ilk 2, Məhəmməd Mirzəbəyov ("Neftçi") ilk 4, Namik Ələskərov ("Neftçi") 3, Bəxtiyar Həsənalızadə və Şəhriyar Əliyev (hər ikisi "Sumqayıt") son 2 oyuna sifariş olunsa da, meydana buraxılmayıb. Qalan matçlara isə onlar dəvət olunmayıb.

Azərbaycan millisi bu oyunlarda yalnız Kosovonun (0:0, 0:4) qapısından top keçirə bilməyib. Ümumilikdə 7 dəfə fərqlənən yığma üzvlərindən Riçard Almeyda Farer adaları ilə səfər matçında (3:0), Dmitri Nazarov isə bu komanda ilə həm səfər, həm də ev (2:0) oyununda "dubl" edib. Almeyda qollarından birini penaltidən vurub. Qalan qollara Malta ilə səfər oyununda (1:1) Təmkin Xəlilzadə, ev qarşılaşmasında (1:1) Araz Abdullayev, Farer adaları ilə ev oyununda Mahir Mədətov imza atıb.

Bu görüşlərdə cəmi 2 qapıçı meydana çıxıb. Kamran Ağayev zədələnərək, meydanı tərk etdiyi Farer adaları ilə ev oyununun ilk yarısınadək olan 5 görüşdə cəmi 2 top buraxıb. Hər iki qolu Malta vurub. Onu əvəzləyən Səlahət Ağayev isə 4 topun hamısını Kosovo ilə səfər matçında tordan çıxarıb.   

Azərbaycan millisinin oyunlarında iştirak ərizəsində yer almış futbolçuların göstəriciləri:

S/N Futbolçular Kosovo (ev) Malta (səfər) Farer (səfər) Malta (ev) Farer (ev) Kosovo (səfər) Cəmi
1. Kamran Ağayev 90 90 (-1) 90 90 (-1) 46 -23 405
2. Qara Qarayev 90 90 90 90 90 90 540
3. Ürfan Abbasov 90 34+ ----- ------- ------- --------- 146
4. Pavlo Paşayev 90 34 90 90 71 90 465
5. Maksim Medvedev 90 90 90 90 90 90 540
6. Mahir Mədətov 90 90 90 77 90 (q) 63 500 (1)
7. Emin Mahmudov 66 56 87+ -------- ------ -------- 125
8. Ruslan Qurbanov 61 -23 83+ -------- ------ 71+ 87
9. Ramil Şeydayev 74 68+ ----- ------- ------ -------- 96
10. Riçard Almeyda 90 90 87 (2q) 90 90 90 537 (2)
11. Bədavi Hüseynov 90 90 90 90 90 90 540
12. Rauf Əliyev (74+) 68 -23 -23 -23 -23 84
13. Dmitri Nazarov (66+) 90 88 (q) 90 90 (q) 90 472 (2)
14. Təmkin Xəlilzadə (61+) 90 (q) ----- 46+ 90 90 344 (1)
15. Emil Balayev ------ ---- -23 -23 ------ ------ 0
16. Şahrudin Məhəmmədəliyev ------ ---- ------- ------- -23 -------- 0
17. Coşqun Diniyev ------ ----- -23 -23 -23 -23 0
18. Rahid Əmirquliyev ------ ----- ----- -------- ------- --------- 0
19. Cavid İmamverdiyev ------ 56+ 88+ 77+ ------- --------- 49
20. Cavid Hüseynov ------ ---- -23 -23 -23 -23 0
21. Rəhman Hacıyev ------ ---- -23 -23 -23 -23 0
22. Məhəmməd Mirzəbəyov ------ ---- ----- -------- -23 -23 0
23. Rahil Məmmədov ------ ---- 90 46 71+ -------- 154
24. Namik Ələskərov -23 ---- ----- -------- -23 -23 0
25. Araz Abdullayev -23 -23 83 90 (q) 90 71 334 (1)
26. Rüfət Dadaşov -23 -23 90 90 78 46 303
27. Səlahət Ağayev -23 -23 ----- -------- 46+ 90 (-4) 135
28. Bəxtiyar Həsənalızadə -23 -23 ----- -------- -23 -23 0
29. Mirabdulla Abbasov -23 -23 -23 -23 78+ 63+ 39
30. Şəhriyar Əliyev -23 -23 -23 -23 ------- --------- 0
31. Əfran İsmayılov -23 -23 -23 -23 ------- 46+ 45

Son xəbərlər

Orphus sistemi